Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna millisinin formasında Azərbaycan bayrağı təsvir olunub

 

Futbol üzrə Ukrayna milli komandası üçün xüsusi forma hazırlanıb.

Yenixeber.org: Ukrayna Futbol Assosiasiyasının (UAF) rəsmi saytı xəbər verir ki, geyim dəstinin üzərində ölkənin xəritəsi təsvir olunub. Dövlət sərhədləri isə ukraynalılara yardım göstərən ölkələrin bayraqlarının olduğu xətlərlə göstərilib. Onların arasında Azərbaycan və Türkiyə bayraqları da var.

Xəritənin ortasında "Ukrayna naminə birləşmə" mənasını verən "United for Ukraine" yazısı yer alıb. Formanın arxa tərəfindədəki nömrələrdə isə müharibə nəticəsində dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub.

UAF prezidenti Andrey Pavelko bildirib ki, yığma bu formalardan yalnız DÇ-2022-nin pley-off matçlarına hazırlıq matçlarında istifadə ediləcək. Bundan sonra formada göstərilən yaşayış məntəqələrinin hər birinə yerli muzeylər üçün bir köynək veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam