Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğan Zelenski ilə son vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Yenixeber.org: Söhbət zamanı müharibə ilə bağlı son vəziyyət müzakirə olunub.

Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün intensiv diplomatik səylər göstərir.

Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Ankara Ukraynada uzunmüddətli atəşkəsin tezliklə bərqərar olmasına çalışır. O, müharibənin davam etdirilməsinin heç bir tərəfə fayda verməyəcəyinə işarə edib.

Ərdoğan Ukrayna və Rusiya liderləri arasında görüş təşkil etmək üçün səylərini davam etdirəcəyinə əmin edib.

Dövlət başçısı əlavə edib ki, Türkiyə həm Ukraynada, həm də qonşu ölkələrdə yaşayan ukraynalılara humanitar yardım çatdırmaqda davam edir.("Anadolu") 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam