Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qərbin dəstəyi sürətlənir:Müharibədə dönüş nöqtəsi yarana bilər

                 “Müharibənin gedişatında dönüş nöqtəsi yarana bilər”.

Yenixeber.org: Bunu ukraynalı general Viktor Yaqun deyib.

“Buna Qərbin verdiyi müasir silahlar kömək edəcək. Söhbət xüsusilə aviasiya və hava hücumundan müdafiə sistemlərindən gedir. Mən həm də hədəfləri daha effektiv vura bilən yüksək texnologiyalı təchizatları, o cümlədən PUA-ları nəzərdə tuturam. Onlar müharibənin gedişatını dəyişə bilərlər”, – o bildirib.

“Qərbin Ukraynaya hərbi dəstəyi davam edir”.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak da Ukraynaya Qərbin hərbi dəstəyinin ciddi şəkildə artdığını vurğulayıb.

O xatırladıb ki, müharibənin əvvəlində Rusiyanın tələblərindən biri də Ukraynanın tam silahsızlaşdırılması olub: “Dünyanın 40 müdafiə nazirinin dünənki əlamətdar görüşündən sonra Moskvaya çox pis xəbərim var: Qərbin Ukraynaya silah təchizatı həm sürət, həm həcm, həm də sadələşdirilmiş logistika baxımından əhəmiyyətli dərəcədə artıb”.(UNIAN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam