Koronavirus pandemiyası səbəbiylə ABŞ prezidenti Donald Trampın aktivlərinin ümumi dəyəri təxminən 1 milyard dollar azalıb.
Yenixeber.org: Bu haqda Forbes məlumat yayıb.
Məqalədə deyilir ki, martın 1-də Trampın 3,1 milyard dolları keçən sərvəti bu gün təxminən 2,1 milyard dollardır.
Jurnalistlər Trampın Nyu Yorkdakı daşınmaz əmlakının ümumi dəyərinin 1,9 milyard dollardan 1,2 milyard dollara, yaşayış əmlakının 235 milyon dollardan 148 milyon dollara düşdüyünü hesablayıblar. Amerika liderinə məxsus otel və qolf kurortlarının dəyəri də xeyli düşüb.