Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

AMEA-nın Ümumi yığıncağında xaricdə yaşayan azərbaycanlı alimlər iştirak edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Yenixeber.org: İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib.

Əvvəlcə akademik Arif Həşimov AMEA-nın müxbir üzvü Pənah Muradova, biologiya elmləri doktoru Fuad Qulubəyova, həmçinin AMEA-nın vitse-prezidentinin köməkçisi Sayat Mustafayevaya AMEA-nın Fəxri fərmanlarını təqdim edib.

Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın 27 aprel 2022-ci il tarixində keçiriləcək Ümumi yığıncağına hazırlıq haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Arif Həşimov bildirib ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri ilə yanaşı, bir sıra nazirliklərin və ali təhsil müəssisələrinin rəhbər şəxslərinin, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı gözlənilir.

Akademikin sözlərinə görə, Ümumi yığıncaqda AMEA-nın 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı elmi bölmələrinin hesabatı dinləniləcək, həmçinin tədbir çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan nailiyyətləri əks etdirən Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olacaq və 3 gün ərzində, aprelin 29-dək gələn qonaqlar üçün nümayiş etdiriləcək. AMEA rəhbəri həmin sərginin gələcəkdə daimi olmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Akademik Arif Həşimov daha sonra AMEA-nın Ümumi yığıncağının qərar layihəsini təqdim edib və bu istiqamətdə Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə geniş müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

İclasda, həmçinin akademik Zemfira Səfərovanın 85, AMEA-nın müxbir üzvləri Şakir Musayevin 65, Firəngiz Əli-zadənin isə 75 illik yubileyləri haqqında qərarlar qəbul olunub.

Bundan əlavə, AMEA-nın Mikrobiologiya İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiqlənib, həmçinin Biofizika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Türkan Səmədova öz xahişi ilə doktoranturadan xaric edilib.

Sonda akademik Arif Həşimov çıxış edərək Akademiyada elmi mühitin qorunması və aparılan tədqiqatların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam