Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AMEA-da yeni təyinatlar olub-birinci vitse-prezident və akademik-katib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti və akademik-katib vəzifələrini icra edən şəxs məlum olub.

Yenixeber.org: Bununla bağlı Akademiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

Belə ki, iclasda akademik Arif Həşimovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib.

Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katib vəzifələrini yerinə yetirməsi qərara alınıb.

Akademik Arif Həşimov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam