Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-a 40 yeni F-16-nın alınması üçün sorğu məktubu göndərib.
Yenixeber.org: Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransında deyib.
O qeyd edib ki, bu çərçivədə Türkiyənin təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün daha geniş tələb məktubu göndəriləcək.
“NATO müttəfiqləri arasında təhlükəsizlik ehtiyaclarını məhdudlaşdıran embarqoların olması ağlabatan deyil. Əgər bir NATO müttəfiqi təhlükəsiz deyilsə, heç bir NATO müttəfiqi təhlükəsiz deyil”, – deyə o bildirib.