Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bələdiyyə torpaqlarından sui-istifadə hallarının qarşısı alınacaq

 

Bələdiyyə torpaq sahələrindən sui-istifadə hallarının qarşısı alınacaq.

Yenixeber.org: Bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.

Fəaliyyət planında dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə və mülkiyyətə verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması, bu sahədə sui-istifadə imkanlarının məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanlarına dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması üçün müvafiq sahədə qanunvericiliyin və dövlət xidmətlərinin təşkili xüsusiyyətlərinin təhlil edilməsi tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam