Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zelenski:“Rusiya ilə vasitəçilik missiyasını Türkiyə lideri də həyata keçirəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hazırda Mariupoldan gəmilərlə yaralıların təxliyəsində Türkiyənin vasitəçilik rolu ilə bağlı danışıqlar davam edir.

Yenixeber.org: Dövlət başçısı bu barədə Türkiyənin “Habertürk” telekanalına müsahibəsində bildirib.

"Vasitəçilik missiyasını (Ukrayna ilə Rusiya arasında, - red.) müəyyən liderlər həyata keçirəcək. Türkiyə lideri də onlardan biridir. Bu gün Mariupoldan yaralıların çıxarılmasından danışırıq. Bu əməliyyatın nəticəsi barədə danışmaq hələ tezdir. O, açıqdır, burada Türkiyənin vasitəçilik rolu var, çünki biz bunu həmin ölkənin gəmilərində həyata keçirməyi planlaşdırırıq və buna görə də onlara ehtiyac var”, - Zelenski deyib.

O əlavə edib ki, Ukrayna Rusiya ilə danışıqları nə qədər istəsə də, istəməsə də, mümkün qədər insanların həyatını xilas etmək üçün gündəlik addımlar atılmalıdır.

"Biz Rusiya Federasiyası ilə danışıqlar üçün kiçik də olsa imkanlar tapmalıyıq. Bunsuz müharibəni bitirmək çətindir. Baxmayaraq ki, Buçada gördüklərimizdən sonra danışıqlar aparmaq istəyi yoxdur", - Ukrayna Prezidenti əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam