Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Volodimr Zelenski:"Putinlə görüş olmaya bilər"

 

“Putinlə (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur - "Report") görüş olmaya bilər”.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib.

Ukrayna lideri Buça şəhərində baş verən faciədən sonra Rusiya ilə danışıqları davam etdirməyin vacib olduğunu söyləyib: “Qısası, bu gün heç nədən danışmayaq demək daha asandır. Ən çətini onların etdiklərini söyləmək, onları düşmən kimi tanımaq, imkan tapıb görüşmək və çıxış yolu tapmaq, eyni zamanda öz ərazilərini itirməməkdir”.

Ukraynanın dövlət başçısı qisasın qaçılmaz olduğunu vurğulayıb: “Bizim insanlara işgəncə vermiş həmin cinayətkarlarla daxili işimiz var. Onları tapmaq üçün barələrində informasiya toplamağa başlamışıq. Həmin cinayətkarların tapılmasını istəyən insanlar var. Beynəlxalq qanunvericilik bu məsələdə bizə kömək etməzsə, biz onları Ukrayna qanunları ilə mühakimə edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam