Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Rusiya ordusu İzyumu ələ keçirdi

Rusiya ordusu bu gün Ukraynanın Xarkov vilayətinin İzyum şəhəri üzərində nəzarəti ələ keçiriblər. Şəhər yerli satqınların hərəkətləri ilə işğalçılar tərəfindən tam blokadaya alınıb.

Yenixeber.org: Bu barədə “RBK-Ukraina” İzyum Şəhər Şurasının departament rəhbəri Maksim Strelnikə istinadən xəbər yayıb.

Onun sözlərinə görə, martın 26-da yerli satqınlar Rusiya hərbçiləri şəhərin cənub hissəsinə aparıblar. Bu, İzyuma humanitar yardımın çatdırılması yolunun tamamilə blokadaya alınmasına və qəsəbə sakinlərinin təxliyəsinin mümkünsüzlüyünə gətirib çıxarıb.

“Həmçinin düşmən də bu vəziyyətdən istifadə edərək İzyumu tutmağa başlayıb. Belə bir təhlükəni nəzərə alan Ukrayna Silahlı Qüvvələri şəhərin blokadadan çıxarmaq üçün hərbi tədbirlər həyata keçirib”, - o deyib.

“Təəssüf ki, Rusiya işğalçılarının say üstünlüyü və yerli satqınların satqınlığı aprelin 1-də İzyum üzərində müvəqqəti düşmən nəzarətinin yaradılmasına gətirib çıxardı”, - Strelnik qeyd edib.

O vurğulayıb ki, şəhər uğrunda döyüş hələ başa çatmayıb və Ukrayna ordusu tezliklə İzyumu işğalçılardan azad edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam