Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Ukrayna Zelenski ilə Putin arasında görüşə hazırdır” -Kuleba

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında Türkiyədə keçirilən danışıqlarda düzgün ab-hava yaradıb.

Yenixeber.org:  Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Varşavada keçirdiyi brifinqdə bildirib.

“Türkiyə Prezidentinə göstərdiyi səylərə görə minnətdarıq. Səmimi deyirəm ki, onun Ukrayna və Rusiya arasında danışıqlar məsələsinə şəxsən diqqət yetirməsi sayəsində bu danışıqları Belarusdan Türkiyəyə keçirmək mümkün oldu. Bu, birmənalı olaraq müsbət qərardır. Eləcə də onun, diplomatik dillə desək, danışıqlarda düzgün ab-hava yaratdığı qeyd olunmalıdır. Çünki Ərdoğan danışıqlar başlamazdan əvvəl iştirakçılara müraciət edib”, - Kuleba deyib.

O bildirib ki, Türkiyə diplomatiyasının bu uğurlarını nəzərə alsaq, Türkiyədə prezidentlər Zelenski və Putin arasında görüş təşkil oluna bilinəcəyi halda bu təşəbbüsü yalnız alqışlayacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam