Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrlandiyanın “AerCar” şirkəti -Rusiyadan 3,5 milyard dollar tələb edir

İrlandiyanın “AerCar” şirkəti lizinq şərti ilə Rusiya aviaşirkətlərinə təyyarələr verib və lizinq müqaviləsinin ləğvindən sonra Rusiyada qalan təyyarələrə görə 3,5 milyard dollar sığorta iddiası qaldırıb.

Yenixeber.org: Bu barədə «Financial Times» nəşri xəbər verib.

Şirkət təyyarələrə və aviamühərriklərə görə kompensasiyanı bu məbləğə qiymətləndirib, hansı ki, Rusiya aviaşirkətləri geri qaytarmayıb. Nəşrin mlumatına görə, “AerCar” sanksiya tətbiqinə qədər Rusiya aviaşirkətlərinə lizinq şərti ilə 135 təyyarə və 14 aviamühərrik verib. Hazırkı ana qədər yalnız 22 təyyarəni və 3 mühərriki qaytarmaq mümkün olub.

“AerCar” şirkətinin sanksiya altına düşən aktivləri təxminən 3,1 milyard qiymətləndirilir ki, bu da donanmanın ümumi qiymətinin 5 faizini təşkil edir. Bu təyyarələrin icarəsindən əldə olunan illik gəlir yalnız 33 milyon təşkil edir.

“AerCar” şirkətinin müştəriləri arasında «Aeroflot», «Rossiya» aviaşirkəti, “S7 Airlines” və «Uralskiye avialinii» şirkətləri var.

Qərb ekspertlərinin qiymətləndirməsinə görə, ümumilikdə sanksiyalardan sonra Rusiyada 500-dən artıq təyyarə qalıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam