Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Tokio rəsmi olaraq cənub Kurili -“Yaponiyanın işğal altındakı əzəli ərazisi” adlandıracaq

 

Yaponiya hökuməti rəsmi olaraq cənub Kuril adalarını “Yaponiyanın qanunsuz işğal altındakı əzəli ərazisi” adlandıracaq.

Yenixeber.org: “Kiodo” agentliyinə istinadən xəbər verir ki, bu ifadə hökumətin ölkənin xarici siyasətinə dair məlumat kitabçası olan “Diplomatiya üzrə mavi kitab”ın yeni buraxılışının layihəsində yer alıb.

Qeyd edək ki, Yaponiya Kuril zəncirinin dörd cənub adasınalarına – İturup, Şikotan, Kunaşir və Habomaiyə İkinci Dünya müharibəsinin sonundan – Sovet İttifaqı tərəfindən ilhaq edildikdən bəri iddia edir. 1956-cı ildə Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalayıblar, lakin sülh müqaviləsi heç vaxt bağlanmayıb.

Yapon diplomatiyası 2003-cü ilə qədər adaları rəsmi olaraq "qanunsuz işğal edilmiş", 2012-ci ilə qədər isə "dədə-baba torpaqları" adlandırırdı. 2012-ci ildən hökumət Rusiya ilə kompromis əldə etmək ümidi ilə bu cür dildən yayınıb.

Yaponiya 1956-cı il Adalar Bəyannaməsinə qayıtmağa hazır idi. Həmin sənəddə SSRİ iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra Habomai və Şikotan adalarının Yaponiyaya qaytarılmasına razılıq verib. 2019-cu ildə Yaponiyanın Baş naziri Sindzo Abe Kuril adaları ilə bağlı məsələyə son qoyacağına and içdiyini deyib. Lakin onun dövründəki danışıqlar heç bir nəticə verməyib.

Fevralın sonunda Yaponiya Xarici İşlər Nazirliyinin departament direktoru Cənubi Kuril adalarının işğal olunduğunu bildirib. Daha sonra Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi parlamentdəki çıxışında həmin bölgəni “əzəli yapon ərazisi” adlandırıb. O, ayrıca mətbuat konfransında adaların “qanunsuz işğal olunduğunu” vurğulayıb. Bundan sonra rəsmi Moskva martın 21-də sülh danışıqlarını dayandırdığını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam