Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna heyətinə -İstanbulda heç nə yeyib-içməmək tapşırılıb


İstanbulda bugünkü danışıqlar başlamazdan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya Federasiyası ilə danışıqlara gedəcək hər kəsə “heç nə yeyib-içməməyi və hər hansı səthə toxunmaqdan çəkinməyi” tövsiyə edib.
Yenixeber.org: O, bu barədə Ukraynanın “Ukrayna 24” telekanalına müsahibəsində bildirib.

Xəbərdarlıq bu ayın əvvəlində Ukrayna-Belarus sərhədində sülh danışıqları zamanı rusiyalı milyarder Roman Abramoviç və ukraynalı nümayəndənin şübhəli bilinən zəhərlənməsindən sonra edilib.
Bildirilib ki, iddia edilən zəhərlənmə ilə bağlı bəzi şübhələr var.
“Reuters” adı açıqlanmayan bir ABŞ rəsmisinə istinadən xəbər verir ki, kəşfiyyat həmin şəxslərin simptomlarının zəhərlənmə ilə deyil, “ətraf mühit” faktorları ilə bağlı olduğunu irəli sürüb.
Xatırladaq ki, Rusiyalı milyarder Roman Abramoviçə yaxın mənbələr onun bu ayın əvvəlində sülh danışıqlarında şübhəli zəhərlənmə əlamətləri olduğunu bildirib.
Qeyd edək ki, İstanbulda keçirilən Rusiya-Ukrayna nümayəndə heyətlərinin danışıqlarının növbəti mərhələsində rusiyalı iş adamı R. Abramoviç də iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam