Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Roman Abramoviç kimyəvi silahdan zəhərlənib-İDDİA

           İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviçdə zəhərlənmə əlamətlari aşkarlanıb.

Yenixeber.org: "Wall Street" jurnalı xəbər verir ki, martın əvvəlində Kiyevdə Ukrayna ilə sülh danışıqlarında iştirak etmiş rusiyalı iş adamının əllərində və üzündə dəri soyulması, həmçinin gözlərində qızarma, ağrı və sulanma simptomlarına rast gəlinib.

Abramoviçlə yanaşı, Ukrayna tərəfinin iki yüksək vəzifəli üzvündə də eyni əlamətlər özünü göstərib. Hazırda hər üç şəxsin vəziyyətinin yaxşı olduğu bildirilib.

İddiaya görə, zəhərlənməyə müəyyən edilməmiş kimyəvi silah səbəb olub.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da "Çelsi"nin idarəçiliyini Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam