Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putinin böyük qızı hollandiyalı ərindən BOŞANIR?

Putinin böyük qızı hollandiyalı ərindən BOŞANIR?

Rusiya prezidenti Vladimir Putinin böyük qızı, 36 yaşlı Mariya Vorontsova əri, hollandiyalı iş adamı Jorrit Faassendən boşanır. 

Yenixeber.org: Onun nikahının, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə pozulduğu məlum olub.

Məlumata görə, Vorontsova əri ilə Rusiyada Sankt-Peterburq yaxınlığında varlı əcnəbilər üçün dəbdəbəli tibb mərkəzi açmağı planlaşdırıb, lakin məhdudiyyətlər səbəbindən planları həyata keçirilə bilməyib.

Rusiyalı jurnalist Sergey Kanev də yazıb: “Planlar Avropadan xəstələri və Fars körfəzi ölkələrindən zəngin şeyxləri cəlb etmək idi. Hücumdan sonra Ukraynaya necə avropalılar və şeyxlər gələcək?”

Qeyd olunur ki, məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, Mariya Vorontsova uşaqlarda nadir rast gəlinən genetik xəstəliklər üzrə ekspert, eləcə də Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Endokrinologiya Mərkəzinin aparıcı elmi işçisidir.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam