Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Evində -Kiyev sakinləri üçün yardım aksiyası təşkil edilib

 

Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisi – Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası təşkil edilib.

Yenixeber.org: Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, aksiya UAR İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə baş tutub: "Ukrayna ilə Rusiya arasında gərginliyin başlamasından sonra Ukrayna Azərbaycanlıları Radası Azərbaycan Evində mütəmadi yardım aksiyaları keçirir. Təxminən yarım ay ərzində hər gün 250-300 nəfər Azərbaycan Evinə gələrək ehtiyacı olan məhsulları əldə edir. Bundan başqa, təşkilat Kiyev ətrafındakı qəsəbə və kəndlərin sakinlərinin də gündəlik zəruri tələbat məhsulları ilə təminatına dəstək göstərir.UAR İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə bu gün səhər Azərbaycan Evində növbəti yardım aksiyası təşkil edilib. Aksiya zamanı Kiyevdəki aztəminatlı ailələr üçün ərzaq məhsulları, tibbi yardım ləvazimatları, geyim əşyaları və s. zəruri məhsullar paylanılıb".

Qeyd edilib ki, UAR fevralın 24-dən etibarən minlərlə soydaşımızın təxliyəsini təşkil edərək, onların təhlükəli ərazilərdən çıxarılmasını və sərhədyanı ölkələrə keçməsini təmin edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam