Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fuad Muradovun Ukrayna layihəsi iflasa uğradı- zorla birləşdirmə çat verdi…-BƏYANAT

 

Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinə sədr təyin olunan kimi ilk gördüyü və böyük uğur kimi piar olunan işlərindən biri Ukraynadakı diaspor təşkilatlarını Ukrayna Azərbaycanlıları Radası ətrafında birləşdirmək oldu. Artıq qurumun parçalandığını və əvvəlki ziddiyyətlərin davam etməsini təsdiq edən bəyanat yayılıb.

Yenixeber.org: Ukraynadan redaksiyamıza göndərilən həmin bəyanatı təqdim edirik:

“Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Bəyanatı ! Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin geri çağrılmasından sonra Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadovun təşkilatçılığı ilə Kiyev şəhərinin kafelərindən birində yığıncaq təşkil olunmuş,orada Azərbaycanın səlahiyyətli nümayəndəsinin şərəf və ləyaqətini alçaldan,yaramaz və etikadan kənar hərəkətlərə yol verilmişdir. Bu yaramaz hal, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin mərkəzi və regional təşkilatlarının sədrləri və çox saylı üzvləri tərəfindən hiddətlə qarşılanmış, bu hərəkət, xalqımızın milli, mənəvi dəyərlərinə və ukraynadakı diasporumuzun nüfuzuna xələl gətirən ləyaqətsizlik nümunəsi kimi kimi qiymətləndirilmişdir. Zamanında Azərbaycan Respublikasının Ukraynadakı səfiri ilə diaspora arasında anlaşılmamazlıqlar mövcud idi və biz də öz adımızdan Ukrayna ictimaiyyətinə açıqlamadan, iradlarımızı bildirmişdik. İstənilən narazılıqdan asılı olmayaraq Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi hesab edir ki,Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun təşkil etdiyi bu cür cılız və çirkin əməllər,tək prezidentin səlahiyyətli nümayəndəsinə qarşı deyil,bütövlükdə dövlətimizə və xalqımızın zəngin dəyərlərinə baş aşağılığı gətirən təxribatdır. Nəzərinizə çatdırmaq istəyirik ki,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi 2019-cu ilin aprel ayında Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun xahişini və milli birliyimizi təmin etmək amalını əldə əsas tutaraq Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu və Kiyev Azərbaycanlıları Konqresi ilə birgə Ukrayna Azərbaycanlıları Radasını təsis etmişdir. Əldə olunmuş razılığa əsasən hər üç təşkilatdan biri diasporumuzun nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyi halda Radadan uzaqlaşdırılacaq . Təəssüflər olsun ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu razılaşmanı dəfələrlə kobud şəkildə pozaraq, adətinə uyğun olaraq Ukraynada yaşayan bir sıra tanınmış soydaşlarımızın nüfuzuna xələl gətirən addımlar atmışdır. Onun milli diasporumuzun imicinə zərbə vuran hərəkətləri ilə bağlı dəfələrlə Diaspora Komitəsinin rəhbərliyinə xəbərdarlıq edilməsinə baxmayaraq bununla bağlı heç bir nəticə əldə olunmanış,vaxt aşırı bu kimi yaramaz hallar təkrarlanmışdır.Bu baxımdan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi belə bir təşkilatın Ukrayna Azərbaycanlıları Radasında qalmasını məqsədə uyğun hesab etmir və bununla bağlı yaxın günlərdə qərar verəcəyini bildirir. Bəyan edirik ki,təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Ukrayna Azərbaycanlıları Konqresi dünyada ən böyük və nüfuzlu diaspora təşkilatlarından biri olaraq Azərbaycanın milli maraqlarına xələl gətirən hərəkətlərə qarşı daima barışmaz mövqe nümayiş etdirmiş,bundan sonrada xalqımızın milli,mənəvi dəyərlərinin,zəngin mədəniyyətinin qorunmasında və təbliğ olunmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək! Fürsətdən istifadə edib, Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Elmira xanım Axundovanı təbrik edir və ona gələcək işində uğurlar arzulayırıq. İnanırıq ki, Elmira xanım Ukrayna və Azərbaycan arasında tarixi dostluq əlaqələrinin daha da inkişaf etdirilməsində və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ilə daha sıx əlaqələr quraraq milli diasporumuzun inkişafında öz töhfələrini əsirgəməyəcək.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev

BUAK -ın Odessa Vilayət təşkilatlnın sədri Namiq Hacıyev

BUAK -ın Nikolayev Vilayət təşkilatının sədri Yunus Əliyev

BUAK-ıb Kropivniçskiy Vilayət təşkilatının sədri Vilayət Mamedov

BUAK-ın Çerniqov Vilayət təşkilatının sədri Isgəndər Vəliyev

BUAK -ın Lvov Vilayət təşkilatının Gənclər departamentinin sədri Şəhriyar Məhərrəmov

BUAK -ın Livov Vilayət təşkilatının sədri Teymur Məmmədov

BUAK -ın Krivoy-Roq şəhər təşkilatının sıdri Rəmzi Rzayev

BUAK -ın Çerkassı Vilayət təşkilatının sədri Məzahir Qurbanov

BUAK -ın Mirqorod təşkilatının sədri Zamir Ismayılov

BUAK -ın İvano-Frankovsk Vilayət təşkilatının sədri Mətləb Nəcəfov

BUAK -ın Çernovçı Vilayət təşkilatının sədri Namiq Əliyev

BUAK -ın Dnepropetrovsk Vilayət təşkilatının sədri Nəcəf Əhmədov

BUAK-ın Xarkov Vilayət təşkilatının sədri Qurban Abbasov

BUAK -ın Pervomaysk şəhər təşkilatının sədri Tərlan Nəsirov

BUAK -ın Xmelnitsk Vilayət təşkilatının sədri Ceyhun Qasımov

BUAK -ın Zakarpatiya Vilayət təşkilatının sədri Zakir Göyüşov

BUAK Ternopol Vilayət təşkilatının sədri Ədalət Ismayılov

BUAK -ın Luqansk Vilayət təşkilatının sədri Seidi Mürvət Teymur oğlu

BUAK -ın Ağsaqqallar şurasının sədri Akif Gülməmmədov Ukraynanın

Xalq Artisti Qurban Abbasov Ukrayna İşıq Dini icmasının sədri Əbülfəz

Qasımov Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin sədri Ilqar Mamedov

BUAK Novomoskovk sədri Şikar Hüseynov

BUAK Povlaqrad Maqsud Şükürov Hörmətlə.

Birləşmiş Ukrayna Azərbaycanlıları”.

(Azinforum.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam