Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan diasporu:Sumı şəhərində 100-dən artıq soydaşımız qalıb

Azərbaycan diasporu: Sumı şəhərində 100-dən artıq soydaşımız qalıb
“Dünən məlumat yayılmışdı ki, gecə Kiyevə raket zərbələri ilə dəstəklənən və bu günə qədər ən genişmiqyaslı hücum gözlənilir. Bu saata qədər bir neçə dəfə həyəcan siqnalı verilməyinə baxmayaraq, elə bir ciddi hadisə qeydə alınmayıb”.

Yenixeber.org: Bunu Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov (Kəsəmən) deyib.

O bildirib ki, 15 km yaxınlıqdakı İrpen şəhərində vəziyyət gərgin olaraq qalır: “Üç gündən artıqdır ki, şəhərə işıq və istilik verilmir, yemək və su təchizatı yoxdur”.

Ceyhun Məmmədovun sözlərinə görə, təxliyə üçün müraciətlər çoxdur: “Dünən Kiyevdən 55 nəfər İstanbula yola salınıb. Bundan əvvəl qrup şəklində 1100 nəfər azərbaycanlının təxliyəsini həyata keçirmişik. Maşınla sərhədə gedənlər də var. Ona görə də bu gün Kiyevdən dəqiq nə qədər azərbaycanlının təxliyə olunduğunu demək çətindir. Burada köç yaşanır. Eyni zamanda, biz zirzəmidə və evlərində çarəsiz qalanlara ərzaq yardımı etməyə çalışırıq. Bakı ilə danışırıq ki, əlavə qatar və ya avtobus ayrılmasına dəstək olunsun. Çünki artıq Ukraynanın bəzi şəhərləri ilə koordinasiyanı itirmişik”.

Ukrayna Azərbaycanlıları Radasının baş katibi diqqətə çatdırıb ki, Türkiyə bu gün Sumı şəhərindən vətəndaşlarını avtobusla təxliyə etmək istəyir: “Bu, Sumıda son humanitar dəhliz ola bilər. 50 nəfərlik avtobus danışılıb. Bizim də orada 100-dən artıq soydaşımız qalıb. Amma maliyyə çətinliyi üzündən ola bilər ki, bu şansdan istifadə edə bilməyək. Biz Səfirliyin Kiyevdə olan əməkdaşı və Diasporla İş üzrə Dövlət Komitəsi ilə də əlaqədəyik.

Kiyev azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının təsisçisi və İdarə heyətinin üzvü Oleq Krapivinlə bərabər Kiyevdəyik”.

Ceyhun Məmmədov Ukrayna vətəndaşı olan azərbaycanlı kişilərin sərhəddən buraxılmaması məsələsinə də diqqət çəkib. O əlavə edib ki, üç uşaqlı Ukrayna vətəndaşı olan azərbaycanlı kişilərə sərhədi keçməyə icazə verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam