Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aİ rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar paketi təqdim edib

                Avropa İttifaqı (Aİ) rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar paketi təqdim edib

Yenixeber.org: Yeni siyahıda biznesmen Roman Abramoviç, "Pervıy kanal"ın direktoru Konstantin Ernst, “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev, teleaparıcı Artem Şeynin, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin var.

Aİ, həmçinin qiyməti 50 min avrodan yuxarı olan lüks avtomobillərin və 5 min avrodan yuxarı motosikletlərin idxalına qadağa qoyub. Həmçinin Rusiyaya hər birinin dəyəri 300 avrodan çox olan ətir, spirt, məişət texnikası, geyim və digər malların idxalı qadağandır.

Rusiya ilə dəmir və polad ticarətinə də məhdudiyyətlər qoyulub, nüvə enerjisi istisna olmaqla, ölkənin enerji sektoruna investisiyalar qadağan edilib.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib. Xüsusilə, məhdudiyyətlər Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasının Kurçaloyevski rayonu üzrə departamentini əhatə edib. Maqnitski aktı əsasında dörd rusiyalı siyahıya daxil edilib.("RİA Novosti")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam