Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"YouTube" -Rusiya kanallarını bloklayıb

"YouTube" Rusiya kanallarını bloklamağa başlayıb.


Yenixeber.org: Bu barədə şirkət məlumat yayıb.

""YouTube" bütün dünyada Rusiyanın dövlət media kanallarının dərhal bloklandığını elan edib. "Rossiya Seqodnya" media qrupunun kanalları da "YouTube"da bloklanıb", - deyə videohostinqin bəyanatında deyilir.

Məhdudiyyət tətbiq edilənlər arasında həmçinin TASS dövlət agentliyi, VQTRK (Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti), Birinci Kanal, RBK, REN TV, NTV, "Moskva 24" və başqaları var.

"Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyi və VQTRK federal dövlət unitar müəssisələridir. Onların "RİA Novosti", "Sputnik", "Ruptly", "Rossiya 1", "Rossiya 24" və digər kanalları da bağlanıb.

"Moskva 24" Moskva meriyasının dəstəyi ilə yaradılan "Moskva Media" holdinqinin bir hissəsidir.

REN TV - NMQ qrupunun bir hissəsidir, NTV isə "Qazprom-Media"ya məxsusdur.

Bundan əvvəl "YouTube" Rusiya istifadəçiləri üçün bütün monetizasiya funksiyalarını tamamilə dayandırmışdı. Bundan əlavə, platforma Rusiyadan olan istifadəçilər üçün reklamları qadağan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam