Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Rusiya iqtisadiyyatında -BÖHRAN

 

Birjalarda neftin qiyməti son 10 ildə rekord səviyyəyə yüksələrək 1 bareli 130 dollara çatıb. ABŞ dövlət katibinin Rusiya neftindən imtina müzakirələrinin aparılması ilə bağlı açıqlamasından sonra neft bazarına psixoloji təzyiqlər güclənib. Digər tərəfdən, ABŞ qanunverici orqanı da Rusiyanın yalnız xam neftindən deyil, həmçinin enerji məhsullarından imtina ilə bağlı araşdırmaların aparıldığı bildirib. 

Yenixeber.org: Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Qərb ölkələrinin İranı yenidən neft bazarına qaytarmaqla bağlı danışıqlar apardığı bəlli olub: “157 trilyon barel neft ehtiyatı ilə dünyada 4-cü ən böyük rezervlərə malik olan cənub qonşumuz gündəlik 2.4 milyon barel neft hasil edir. Gündəlik 1 milyon barelə yaxın xam neft ixracatı olan İran dünya rezervlərinin 1/10-ə malikdir. Bununla belə, İran gündəlik neft hasilatını qısa zamanda sanksiyalardan əvvəlki səviyyəyə - gündəlik 4.5 milyon barelə çatdırmaq imkanlarına malikdir. Bu isə cənub qonşumuzun daha qısa zamanda qlobal neft bazarına daxil ola biləcəyi anlamına gəlir.

Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır. Bu isə o deməkdir ki, Qərb ölkələri qərarlı olduqları halda, Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil”. 

V.Bayramov əlavə edib ki, rəsmi Vaşinqtonun OPEC-ə hasilatın artırılması ilə bağlı açıq mesajlar göndərəcəyi də gözləniləndir: “Bununla da Qərbin OPEC vasitəsilə Rusiya ixracatına digər alternativ mənbənin əldə edilməsinə və qiymətlərin kəskin artımının qarşısını almağa çalışacağı istisna deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam