"Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyirik" -Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna səfiri Vasili Bodnarı və onun xanımını qəbul edib.
Yenixeber.org: Bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.
“Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik. Türkiyə vətəndaşlarının təxliyəsi zamanı göstərdikləri dəstəyə görə Ukrayna hakimiyyətinə təşəkkür edirik”, - Çavuşoğlu qeyd edib.