Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

444 minə “Xankəndi Zəfər Muzeyi“nin layihəsini hazırlayan Laura Conti kimdir? –TƏFƏRRÜAT

bitmap-img6

Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC-nin Conti Laura ilə satınalma müqaviləsi imzaladığı bildirilir.
Yenixeber.org: Məlumata görə, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Dövlət satınalmalar portalında yer alan məlumatda Conti Lauranın qeydiyyat nömrəsi olaraq göstərilən “16262871003” nömrəsi Conti Lauraya deyil, İtaliyada qeydiyyatda “Artcloud Network International” şirkətinə məxsusdur. Açıqlanan məlumatlara əsasən satınalma müqaviləsinin “Artcloud Network International” şirkəti ilə, yoxsa Conti Laura ilə imzalandığı başa düşülmür.
Məlumat üçün bildirək ki, satınalma müqaviləsi "Xankəndi Zəfər Muzeyi"nin layihələndirilməsi və məzmununun hazırlanması ilə bağlıdır. Müqavilənin ümumi dəyəri 443 min 920 manat təşkil edir.
Qeyd edək ki, “Artcloud Network International” şirkəti 13 iyul 2021-ci il tarixində Roma (İtaliya) şəhərində “VIA ARBIA, 5” ünvanında qeydiyyata alınıb. “Artcloud Network International” təsis olunmazdan təxminən 5 ay əvvəl – 2021-ci ilin fevral ayında şirkətin təsisçisi Laura Conti və direktoru Fabrizio Conti başqa bir İtaliya şirkətinin – “G Group”un nümayəndələri kimi Bakıda olublar. Onlar sabiq mədəniyyət naziri Anar Kərimov ilə görüşüblər. Görüş zamanı Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması məsələləri müzakirə olunub.
Bu görüşdən sonra Laura Conti və Fabrizio Conti “Artcloud Network International” şirkətini təsis ediblər. Mətbuatda yer alan məlumatlardan belə görünür ki, bu şirkət 2022-ci ilin iyun ayında Kəlbəcərdə təməli atılan İşğal və Zəfər muzeylərini layihələndirib. Bundan başqa, bu şirkət Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinin layihəsini hazırlayıb.
“Artcloud Network International” şirkətinin Azərbaycandan başqa hansı ölkələrdə hansı layihələri icra etdikləri barədə məlumat yoxdur.  
İtaliyanın müvafiq rəsmi qurumları tərəfindən açıqlanan məlumatda bildirilir ki, “Artcloud Network International” şirkətinin ötən il 4 milyon 229 min 736 avro dövriyyəsi olub. Şirkətin xalis mənfəəti isə 68 min 981 avro təşkil edib. 2022-ci ildə dövriyyə 8,3 milyon avro (mənfəət 258 min avro), 2021-ci ildə isə 1,3 milyon avro (60 min avro) olub.
“Artcloud Network International” şirkətində layihə meneceri işləyən Aynur Bağırlının isə daha əvvəl Mədəniyyət Nazirliyinin işçisi olduğu bildirilir.(Yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam