Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

“Azərbaycan Dəmir Yolları”nda məxməri yeyinti:...özbaşınalığın son həddidir

"Elxan İsmayılov Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsinə 2 il öncə rəis təyin olunandan sonra müəssisədə kütləvi ixtisarlar, maxinasiyalar, özbaşnalıqlar baş verməyə başlayıb".

Yenixeber.org: Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bildiyimiz kimi, Dəmir Yollarında yenidənqurma işləri gedir. Bu işlər “Kolin” tikinti şirkəti tərəfindən həyata keçirilir. Elxan İsmayılov öz şəxsi 40 000 (qırx min) manatlıq traktorunu şrkətə icarəyə verib, onlarda aylıq 4000 manat pul alır. Görəsən, cəmi 2 ildir təyin olunmuş rəis nə qədər pul qazanıb ki, qırx minlik traktor ala bilib?!
Bu traktor əmək haqqı ilə alınıb?! Yenidənqurma işlərini əslində “Kolin” şirkəti həyata keçirməlidir, lakin Elxan İsmayılov tabeçiliyində çalışan sahənin işçilərini məcburi əməyə cəlb edir və onlara bu işləri görə əmək haqqı ödəmir. Sahədə fəaliyyət göstərməyən sexlər mövcuddur. Onlardan bri “Çeşidləmə təpəsi” adlı sexdir. Çeşidləmə təpəsinin fəaliyyət göstərməsi üçün , nə yol, nə yol dəyişənlər, nə də kommunikasiya qurğuları mövcud deyil. Buna baxmayaraq sexdə bir neçə işçinin adı gedir, əmək haqqı alırlar. Onlardan biri Almaz Əliyevadır, sahənin keçmiş insan resursları üzrə mütəxəssisi ( heç bir ali təhsili yoxdur).


Törətdiyi korrupsiya əməllərinə görə tutduğu vəzifəsindən azad edilib. Lakin, Elxan İsmayılov və onun yaxın dostu xidmət rəisi Qəzənfər Abduləzimov onu həmin bu fəaliyyət göstərməyən sexdə elekrik mexaniki vəzifəsinə təyin ediblər. Eləcədə A.Əliyevaya imkan yaradılıb ki, o yenə insan resurslarına aid otaqda oturaraq öz köhnə fəaliyyəti ilə məşğul olsun. Sexin “böyük mexaniki” Eşqəli Quliyev isə Elxan İsmayılovun ailəsinin şəxsi sürücüsü kimi fəaliyyət göstərir. Sexin digər “mexaniki” İlyas Şamilov isə Almaz Əliyevanın sürücüsüdür. Onların idarə etdiyi avtomobillər isə xidməti avtomobillərdir və əslində Biləcəri sahəsinə aiddir və orada qarajda saxlanılmalıdır. Lakin Qəzənfər Abduləzimov və Elxan İsmayılov dövlət müəssəsini və dövlət əmlakını istədikləri kimi idarə edirlər.
Eləcə də İşarəvermə və rabitə xidmətinin insan resursları üzrə baş mütəxəssisi Almaz Əliyeva ilə əlbir olan Sevinc Məmmədovada vəzifəsindən azad edilmişdi. Lakin 3 aydan sonra yenə öz işinə qayıtdı. Görəsən bu maxinasiyalar törətmiş qadınları niyə himayə edirlər. Çünki onlar sahə və xidmət rəislərinin qara kassalarıdır. Sahənin işçiləri, Almaz Əliyevanın vəzifəsindən azad olunduğu halda, niyə qeyri-qanuni olaraq insan resursları kimi fəaliyyətinə davam etdiyini xəbər aldıqa, Sevinc Məmmədova cavab verib ki: “Sizin nəyinizə lazımdır, kim harada oturub, nə iş görür?! Rəhbərlik özü bilər hansı işçini harada oturdur. Siz rəhbərliklə rəhbərlik edəcəksiz?”
Görəsən, rəhbərliyə kim icazə verib ki, qeyri-qanuni hərəktlər etsin?! Məgər bunlar ölkənin qanunvericiliyini saymırlar? Gördüyünüz kimi bu qurumda qanunun aliliyinə hörmət edilmir. Bu yəqin ki, özbaşınalığın son həddidir. Deyəsən, Azərbaycan Dəmir Yolları QSC başqa ölkədir və onun Azərbaycan Respublikasının qanunlarından fərqli öz qanunları var..."(dia-az)
DAVAMI MÜTLƏQ VAR...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam