Redaktor seçimi
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Günün xəbəri

Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? -ŞƏRHLƏR

news content


Ekspert: “COP29 günlərində sürprizlə qarşılaşa bilərik”

Yenixeber.org: ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubu həm ABŞ-Azərbaycan, həm də Azərbaycan-Ermənistan münasibətləri baxımından yeni hadisədir. 

Qeyd edək ki, son aylarda rəsmi Bakı, daha dəqiqi, ölkə başçısı ABŞ ilə münasibətlərin, yumşaq desək, qaydasında olmadığını göstərən açıqlamalar vermişdi.  Hətta yeni seçilmiş Milli Məclis də bu münasibətləri müzakirə etmiş, deputatlar “ABŞ ilə imzalanmış bütün sazişlərin ləğvi” kimi təkliflər də səsləndirmişdilər. Odur ki, ABŞ liderinin məktubu, ardınca da köməkçisinin xüsusi tapşırıqla Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü iki ölkənin münasibətlərində yeni mərhələnin işartısı sayıla bilər. 

O ki qaldı Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, məktubda Bayden bildirib ki, bu münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkələrin əldə etdiyi davamlı tərəqqidən məmnundur. “Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır” – Co Bayden qeyd edir.

ABŞ Prezidenti daha sonra bildirir: “Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.

Xatırladaq ki, ABŞ-də prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Maraqlıdır, ABŞ həqiqətən səmimi şəkildə sülh sazişinin imzalanmasını istəyir, yoxsa bu məsələ qarşıdakı prezident seçkilərində piar kimi istifadə oluna bilər? 

Daha bir məqam – bu ilin martında Böyük Britaniyanın o vaxtkı Baş naziri Rişi Sunak da XI Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan rəhbərliyinə göndərdiyi məktubda COP29-a qədər sülh müqaviləsinin imzalanmasını arzuladıqlarını bildirmişdi. 

Ümumiyyətlə, qərb ölkələrini və ABŞ-ni tələsdirən nədir? Və ABŞ Prezidentinin məktubundakı “hər iki tərəfdən kreativlik və güzəştlər tələb edir” ifadəsi nəyə işarədir?

Mövzu ilə bağlı bizə danışan hüquqşünas Fuad Ağayevin sözlərinə görə, hər bir dövlət, xüsusi ilə ABŞ kimi böyük dövlət bu cür münaqişələrlə bağlı sülh müqaviləsinin bağlanmasına öz prizmaları və mənafeləri baxımından yanaşırlar: “Noyabrın 5-də ABŞ-də prezident seçkilərdi. Burada söhbət hazırkı administrasiyanın namizədi olan Kamala Harrisin qələbəsinə hansısa bir töhfə verilməsindən gedir. Əlbəttə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasını ABŞ-nin pozitivinə yaza bilsələr, bunun seçkilərə həlledici təsiri olmayacaq, amma Kamala Harrisin perspektivini bir qədər yaxşılaşdıracaq”.

Digər müsahibimiz, REAL Partiyasının sədri Natiq Cəfərli isə deyir ki, ABŞ-də seçki marafonu, demək olar, bitmək üzrədir. Ona görə də bu, seçkiyə hesablanmış addım ola bilməz və mümkün də deyil: “Bu, seçkidən sonrakı dövrə hesablanmış addımdır. ABŞ-də Demokratlar Partiyası çox istərdi ki, Kamala Harris qalib gələrsə, xarici siyasətlə bağlı ciddi addımı Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsi ilə atsın. ABŞ bunu çox israrla istəyə bilər, amma bu, seçki məsələsi ilə bağlı deyil. Hətta 2 həftəyə müqavilə də imzalanası deyil və Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı hansısa bir addımın atılması seçkilərin taleyinə təsir etməyəcək”. 

N.Cəfərlinin fikrincə, qərbdən gələn açıqlamalar onu deməyə əsas verir ki, sazişlə bağlı çox ciddi işlər gedir. Ola bilər ki, COP29 zamanı bir sürpriz də olsun. COP29 ABŞ seçkilərindən sonradı, yəni seçkilərin nəticələri artıq bilinəcək. Məsələn, COP29 zamanı sürpriz irəliləmələr, Ermənistan nümayəndə heyətinin gəlişi, çərçivə sazişlərinin imzalanması kimi məsələlər ola bilər. 

“Güzəştlər məsələsinə gəldikdə, güman ki, qarşılıqlı güzəştlər deyəndə Azərbaycanın konstitusiya islahatları tələbi var. Haqlı tələbdir. Konstitusiyada ərazi iddiaları olmamalıdır. Ola bilər ki, bunun ertələnməsi və Ermənistanın da bu öhdəliyi götürməsi məsələsi qarşılıqlı güzəşt kimi qəbul oluna bilər” – Natiq Cəfərli deyir. 

Politoloq Xaqani Cəfərli isə qeyd edir ki, Baydenin Əliyevə məktubu daha çox Vaşinqtonun Cənubi Qafqaz siyasətinin fəlsəfəsini əks etdirir. Bunu Baydenin “Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək” - fikrindən aydın görmək olur. 

“Ona görə də Vaşinqton sülh sazişinin ən qısa müddətdə imzalanmasını istəyir. ABŞ-nin ən yaxın müttəfiq olan Böyük Britaniyanın siyasi dairələrinin də sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında israr etmələri, bu hadisənin bütün regionu transformasiya edəcəyi ilə bağlıdır. Qərbdə hesab edirlər ki, münaqişələr Rusiyanın postsovet respublikaları üzərində nəzarətini saxlamasının əsas təsir mexanizmidir. Bu fikir isə tam həqiqətə uyğundur. Öz fikirləri ilə Rusiyanın xarici siyasətinin müəyyənləşməsinə təsir edən Konstantin Zatulin və Andranik Miqranyanın birgə yazdıqları, 1997-ci ilin martında "Nezavisimaya qazeta"da dərc olunmuş "MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələləri dəyişmək" başlıqlı məqaləsində Rusiyanın postsovet məkanı üzərində nəzarəti saxlamasının ideoloji əsasları və bu vəzifəni həyata keçirməyin yolları göstərilmişdi” – Xaqani Cəfərli qeyd edir. 

Politoloq bildirir ki, həmin məqalədə müəlliflər qeyd edirlər ki, Rusiya postsovet məkanını özünün təsir dairəsində saxlamaq üçün bütün imkanlara əl atmalı, o cümlədən, münaqişələr yaratmalı və onları idarə etməlidir. Bu məqalənin Andranik Miqranyanın Moskva Beynəlxalq Münasibətlər İnstitutundan tələbə yoldaşı olan Rusiyanın hazırkı xarici işləri Sergey Lavrovun fikirləri və istəkləri əsasında yazıldığı haqqında iddiaları da nəzərə alsaq, Cənubi Qafqazdakı münaqişələrin həllində Moskvanın maraqlı olmadığı aydın olur. Bunu Qərbdə çox aydın dərk edirlər və münaqişələrin həllinə nail olmağa çalışırlar. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması da Vaşinqton və London üçün buna görə önəmlidir.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam