Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

228 saylı məktəb pul verməyən şagirdləri cəzalandırır -FOTOFAKT

Qaradağ rayon Sahil qəsəbəsində yerləşən 228 saylı tam orta məktəbdən redaksiyamıza valideyn şikayətləri daxil olmaqdadır.

Yenixeber.org: Daxil olan şikayətdə valideyn tələb olunan pulu vermədiyi üçün hətta uşağının direktorun tapşırığı ilə sinif rəhbəri Maisa müəllim zibil qutusunun yanında əyləşdirərək deyib ki, "SƏNİN YERİN BURADIR". Bununla da, bəs etməyən sinif rəhbəri görmə zəifliyi olan şagirdi cəza olaraq ən son partada əyləşdirib. İddiaya görə valideyn qruplarında kart hesabı paylaşılaraq, məktəbin təmir, fond, A4, marker, müəllim günü və s. məqsədlər üçün pul yığmağa başlayan müəllimlər direktorun göstərişini yerinə yetirdiklərini bildiriblər. Hətta valideyn qrupunda məktəbin təlim tərbiyə üzrə müavini Samirə xanım da valideyn kimi yer alır.

A4, marker, fond, təmir və digər məqsədlər üçün yığılan pullarla bağlı qarşı tərəf kimi sözügedən 228 saylı tam orta məktəbin direktoru Səkinə Rzayevadan qarşı tərəf kimi məsələyə münasibət bildirməsini xahiş etdikdə isə, cavab olaraq:"BU ADİ HALDIR, HƏR MƏKTƏBDƏ VAR, PROKURORLUQ ÖZÜ GƏLSİN BAXSIN" deyə bildirdi. 

Bu qədər arxayınlıqla fikir bildirən və neqativ halları təkzib etməyən direktor yığılan pullara görə daşıdığı məsuliyyətdən sanki xəbərsizdir. 

Nəzərinizə çatdırmaq istərdik ki, bu çirkaba bulaşan Qaradağ məktəblərindən redaksiyamıza şikayətlər daxil olmaqdadır.

Məktəblərdə ayaq açıb yeriyən korrupsiya faktları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən və Elm və Təhsil Nazirliyindən məsələyə hüquqi qiymət vermələrini və pul yığımının can fəşanlıq göstərən bu cür məktəb direktorlarını cəzalandırmalarını xahiş edirik.(seher.media) 

Məsələ diqqətimizdədir.

Baş redaktor: Sona İntizar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam