Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“WhatsApp“dan istifadə məhdudlaşdırıldı

 

bitmap-img6


Son günlər Azərbaycanda mobil rabitə operatorlarının abunəçiləri arasında “WhatsApp” proqramından istifadədə problemləri yaşanır

 

"Xeberinfo.com":    “Report”a istinadən xəbərə görə, problem mobil internet üzərindən “WhatsApp”dan istifadə edən “Azercell Telecom” və “Azerfon” ("Nar") müştərilərində müşahidə olunur.
Belə ki, son bir neçə gündə, sözügedən operatorların istifadəçiləri mobil internet vasitəsilə “WhatsApp” üzərindən zəng xidmətindən istifadə edə bilmirlər. Məsələ ilə bağlı hər iki mobil operatorun mətbuat xidməti ilə əlaqə yaratdıq və problemin səbəbini öyrənməyə çalışdıq. 
"Azercell" tərəfindən "WhatsApp" əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və bununla bağlı şəbəkəmizdə heç bir problem qeydə alınmayıb. Şirkətimiz bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır", - deyə “Azercell”in mətbuat xidmətindən bildirilib.
“Nar”dan da heç bir zəng məhdudiyyətinin tətbiq olunmadığı qeyd olunub:
 
"Problemin kökü konkret telefonun əməliyyat sisteminin yenilənməməsi ilə bağlı ola bilər".
"Report" məsələ ilə bağlı müstəqil İT ekspertinə müraciət edib və o, "WhatsApp" proqramının müxtəlif funksiyalarının mobil operatorlar tərəfindən süni şəkildə məhdudlaşdırılmasını texniki cəhətdən mümkün sayır.
"WhatsApp" üzərindən aparılan zənglərindəki məhdudlaşdırma "WhatsApp Call" funksiyası ilə bağlantıya cavabdeh olan portların operatorlar tərəfindən bloklaşdırılması ilə bağlıdır. Lakin proqramın digər funksiyaları problemsiz işləyir", - deyə ekspert vurğulayb.
Bununla yanaşı, İT mütəxəssisi mobil abunəçilərə bu problemin ən optimal həll variantını da məsləhət görüb: 
"Operatorların qanunsuz yaratdığı bu məhdudiyyəti VPN proqramlardan ("Hotspot Shield VPN" və s.) istifadə etməklə aşmaq mümkündür. Bu qrup proqramlardan istifadə mobil operatorun müxtəlif portları bağlamasını mümkünsüz edir". 
Qeyd edək ki, “WhatsApp” üzərindən zəng edən tərəflərdən biri bu iki mobil operatordan hər hansı biridirsə, onda əlavənin zəng xidmətindən istifadə etmək mümkün deyil. Lakin "Bakcell"in abunəçiləri arasında bu problem yaşanmır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam