Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Kiyevdən beynəlxalq təşkilata çağırış:"Rus cəsədlərinin çıxarılmasına kömək edin"

Kiyevdən beynəlxalq təşkilata çağırış:    "Rus cəsədlərinin çıxarılmasına kömək edin"  
Ukrayna Beynəlxalq Qızıl Xaç Komitəsini öldürülən rus əsgərlərinin cəsədlərinin ölkədən çıxarılmasına kömək etməyə çağırıb. 
Yenixeber.org: Bunu Ukrayna baş nazirin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk brifinqdə deyib.
- Biz Beynəlxalq Qızıl Xaç Cəmiyyətindən rus əsgərlərinin cəsədlərini Rusiya Federasiyasına aparmağa köməklik göstərməsini xahiş edirik. Bunlar minlərlə işğalçı cəsədidir və bu bir humanitar ehtiyacdır. Biz rus işğalçılarının cəsədlərinin Ukrayna ərazisindən uzaqlaşdırılmasını xahiş edirik, - Vereşçuk deyib.

O, əlavə edib ki, Rusiya Federasiyası bu gün Ukrayna torpaqlarında işğalçıların nə qədər cəsədi olduğunu bilməlidir.

- Qırmızı Xaç, bu humanitar problemi həll etmək üçün əlindən gələni et! - Vereşçuk humanitar təşkilata çağırış edib.

Qeyd edək ki, fevralın 26-sı prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, müharibə başlayandan bəri 3,5 min rus əsgəri həlak olub, 200-dən az adam əsir götürülüb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam