Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya qondarma Donetsk və Luqanskın müstəqilliyini tanıdı-Putin fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb.

Yenixeber.org: Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Vladimir Putin fransalı həmkarı və Almaniya kansleri ilə telefon danışığında bildirib ki, o, yaxın vaxtlarda tanınmamış Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması haqqında fərmanı imzalamaq niyyətindədir.

“Bütün bunları nəzərə alaraq, Rusiya Prezidenti yaxın vaxtlarda müvafiq sərəncam imzalamaq niyyətində olduğunu bildirib”, - Kremlin məlumatında deyilir.

Qeyd edilir ki, Fransa Prezidenti və Almaniya kansleri hadisələrin bu inkişafından məyus olduqlarını bildiriblər. Eyni zamanda Kreml əlavə edib ki, Makron və Şolts təmasları davam etdirməyə hazır olduqlarını qeyd ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam