Vətəndaş vəfat etmiş ailə başçısına görə pensiya almaq hüququna malikdir.
Yenixeber.org: Bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.
Onun sözlərinə görə, sözügedən pensiyanı almaq üçün bir sıra şərtlər mövcuddur.
"Məsələn onun həyat yoldaşı əmək qabiliyyətsiz olmalıdır ki, vəfat etmiş ailə üzvünə görə pensiya əldə etsin. Əmək qabiliyyəti olmaması dedikdə, əlillik dərəcəsi (1-ci və 2-ci qrup) və ya qanunvericilikdə göstərilən pensiya yaşına çatması nəzərdə tutulur. Əgər şəxs vəfat etdikdə onun ailə üzvlərinin hələ pensiya almaq hüququ olmasa, həmin kapital gələcəkdə ailə üzvlərinin hüquqlarının yaranması dövrünə qədər bütün indekslər nəzərə alınmaqla indeksləşdirilir", - deyə o qeyd edib.