Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hərbi kəşfiyyat rəisi işdən çıxarıldı -Ermənistan ordusunda

Ermənistan ordusunun hərbi kəşfiyyatının rəisi işdən çıxarılıb

Ermənistan prezidenti səlahiyyətlərini icra edən Alen Simonyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi Arayik Arutyunyanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Yenixeber.org: Bu barədə erməni mətbuatı xəbər verir.

“Baş nazirin təklifini nəzərə alaraq, konstitusiyanın maddəsinə və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna uyğun olaraq, Arayik Arutyunyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilsin”, - məlumatda deyilir.

General-mayor Arayik Arutyunyan 2021-ci ilin avqustunda vəzifəyə təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam