Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycanın tikinti bazarında durğunluq təmir işlərinə ciddi təsir edib

Azərbaycanın tikinti bazarında durğunluq təmir işlərinə ciddi təsir edib

Dünyada tikinti materiallarına artan tələbat paralel olaraq onların qiymətlərini də sürətlə artırır. Bu isə təbiidir. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin tədricən yumşaldılması ilə iqtisadiyyatın bir çox sahələri, o cümlədən tikinti sektoru canlanmağa başlayıb. Bu sahə iqtisadi artımın əsas drayverlərindən biri olduğu üçün qiymət artımının burada özünü göstərməsi normaldır.

Yenixeber.org: Bununla belə, bahalaşma həm də dünyada yükdaşımaların qiymətinin artması və vaqon çatışmazlığı ilə bağlıdır. Materialın gətirildiyi ölkədən və növündən asılı olaraq avtomobil nəqliyyatı ilə logistika xərcləri 10-25%, dəmir yolu ilə 20-90% artıb. Şüşə üçün son qiymətdə daşınma dəyəri 10-20%, istilik izolyasiyası üçün - 20-30%, sement üçün 30-40%, qeyri-metal materialları üçün isə 50-90% təşkil edir.

İnşaat materiallarının qiymətinin qalxması həm ayrı-ayrı adamları, həm də konkret olaraq bu işə biznes kimi baxan şəxsləri ev təmiri işini yarımçıq qoymağa məcbur edib. Bəziləri bu hala müvəqqəti baxır, düşünürlər ki, qiymətlərdə enmə olacaq və onlar yarımçıq işlərinə davam edə biləcəklər. Amma ekspertlər bu cür optimist deyillər.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikinti materialların qiymətinin düşmə ehtimalı yoxdur. Çünki qiymətin düşməsi üçün hər hansısa bir səbəb olmalıdır:

“Məsələn, tikinti materillarında Əlavə Dəyər Vergisi (ƏDV) aşağı salınsa, xarici ölkələrdən tikinti materiallarının idxalı zamanı gömrük rüsumu endirilsə, qiymətlərə təsir edər. Amma indiki reallıqla qiymətlərin aşağı düşməsi inandırıcı deyil. Əksinə, ola bilər ki, dünyadakı proseslərə görə, inşaat materiallarının qiyməti qalxsın.

Ekspert bildirib ki, tikintidə əsas istifadə olunan taxtadır ki, Rusiyadan gətirilir: "Onun qiyməti iki dəfədən çox qalxıb. Əvvəl kubu 230-240 manat olan taxtanı indi 500 manatdan aşağı tapmaq olmur.

Son bir ildə vint, mismar, armatur kimi materialların qiyməti iki dəfə qalxıb. Digərlərində isə 30-40 % artım baş verib”.

Qiymət artımının nə qədər olduğunu öyrənmək üçün konkret olaraq tikinti materialları bazarında çalışan mütəxəssislə həmsöhbət olduq.

Elgiz Eyvazov adlı iş adamı bildirdi ki, ötən illə müqayisə etsək, bu il 25-lik borunun 1 metrinin qiyməti 30 qəpik qalxıb:

“Əvvəl, həmin qiymət 1,45 manat idisə, hazırda 1,75 manata satılır. Ümumilikdə, santexnik materiallarının qiyməti 30-35 qəpik qalxıb”.

E.Eyvazov bildirib ki, tək-tək materiallar aldıqda bu qiymət artımı bəlkə də hiss olunmur: "Amma evini təmir etmək üçün bazara üz tutan adam malları aldıqdan sonra yekunda böyük fərq görə bilər. Əvvəl 3 otaqlı mənzilin təmiri üçün keyfiyyətli santexnika materialları 1 500 manata başa gəlirdisə, indi isə 2 000 manatdan çox xərc çıxır. Yekun olaraq 500-700 manat fərq edir".

İş adamı onu da əlavə edib ki, qiymət artımına görə, santexnika materialları bazarı demək olar ki, çöküb: "Bazara gələn yoxdur. Bu hal Dərnəgüldə, Sədərəkdə, Xırdalan və 8-ci kilometr bazarlarında müşahidə olunur".

Azərbaycanda tikinti materiallarının bahalaşma səbəbini şərh edərkən Azərbaycan Tikinti Materiallarının İstehsalı Assosiasiyasından bildirilib ki, inşaat materiallarının qiymətinin qalxmasının başlıca səbəbi yalnız xüsusi növ məhsulların xammalının (sement və s.) qiymətinin artımı ilə əlaqəlidir.

2021-ci il ərzində Azərbaycanda investisiyaların 1 milyard 029,5 milyon manatı (6,4 %-i) yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 11 milyard 015,7 milyon manatı və ya 68,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam