Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ombudsmanın nümayəndələri -Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olublar

Ombudsmanın nümayəndələri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olublar

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsini ziyarət ediblər.

Yenixeber.org: Nazirlikdən bildirilib ki, qonaqlar hərbi qulluqçuların məişət şəraiti ilə yaxından tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də digər inzibati otaqlara baxış keçiriblər.

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

Sonda hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam