Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

ABŞ Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfəsini etiraf edir

ABŞ Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfəsini etiraf edir

“Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfəsini etiraf edir”.

Yenixeber.org: Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“ABŞ Azərbaycan ilə iqtisadiyyat, energetika və təhlükəsizlik sahəsində 30 illik əməkdaşlığa yüksək dəyər verir. Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfəsini etiraf edirik”, - səfirlikdən deyilib.

Səfirlikdən bildirilib ki, ABŞ və Avropa İttifaqının dəhlizin reallaşdırılmasına verdiyi dəstək Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsi, habelə ölkənin karbonsuzlaşdırılma və Avropaya qaz tədarükünün şaxələndirilməsi səylərinə dəstək ilə bağlı uzunmüddətli məqsədin bir hissədir.

SGC Məşvərət Şurasının 8-ci iclasına gəlincə, səfirlik ABŞ-ın bu tədbirdə səfirliyin nümayəndə heyəti, o cümlədən Azərbaycandakı səfir Örl Litzenberger, habelə iqtisadiyyat və energetika üzrə qrupun üzvləri ilə təmsil olunacağını açıqlayıb.

Qeyd edək ki, SGC Məşvərət Şurasının 8-ci iclası fevralın 4-də Bakıda keçiriləcək. Əvvəlki kimi bu dəfəki iclasda da SGC layihəsində iştirak edən SOCAR, BP, TPAO və sair şirkətlərin, habelə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Böyük Britaniya, ABŞ rəsmilərinin iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Serbiya, Macarıstan, Rumıniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və başqa ölkələrin də iştirak edəcəyi istisna deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam