Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

"Azərkosmos"un -ixrac gəlirləri cüzi artıb

Azərkosmosun ixrac gəlirləri cüzi artıb

2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 41 ölkəyə 45,3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

Yenixeber.org:  Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın yanvar sayında bildirilir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 8 ölkə və 0,4% (0,2 milyon dollar) çoxdur.

Ötən il “Azərkosmos”un ixrac gəlirləri onun ümumi gəlirlərinin 89 %-ni təşkil edib. Qurumun xidmətlərinin əsas idxalçıları 11,4 milyon dollarla ilə Fransa, 10,4 milyon dollarla ABŞ, 9 milyon dollarla Böyük Britaniya, 6,9 milyon dollarla Malayziya və 1,9 milyon dollarla BƏƏ olub.

Ötən ay isə “Azərkosmos” 28 ölkəyə 3 milyon dollaı dəyərində xidmət ixrac edib ki, bu da əvvəlk ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 ölkə və 21,05% (0,8 milyon dollar) azdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam