Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyədən müdafiə və aerokosmik məhsulları alan ölkələr-SİYAHI

Azərbaycan Türkiyədən müdafiə və aerokosmik məhsulları alan ikinci ölkə olub

Türkiyənin keçən il ən çox məhsul ixrac etdiyi ölkə 1 milyard 127 milyon 861 min dollarla ABŞ olub. Müdafiə və aerokosmik ixracatda ABŞ-ı 202 milyon 221 min dollarla Azərbaycan, 180 milyon 547 min dollarla Qətər, 161 milyon 526 min dollarla Birləşmiş Ərəb Əmirlikləri, 159 milyon 667 min dollarla Mərakeş izləyib.

Yenixeber.org: Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, Türkiyənin müdafiə sənayesi dost və müttəfiq ölkələrin hərbi ehtiyaclarını ən qabaqcıl texnologiyalarla təmin edir. Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, ötən il ölkənin ixracat məhsulları 32,9 % artaraq 225 milyard 367 milyon 676 min ABŞ dollarına çatıb. Müdafiə və aerokosmik sənaye məhsulları isə illik ixracatda 41,5 % artıb.

Müdafiə və aerokosmik sənayesi 2021-ci ildə ixrac rekordu qırıb. Belə ki, müdafiə və aerokosmik sənayesi 2021-ci ildə 3 milyard 224 milyon 786 min ABŞ dolları ilə yeni ixrac rekorduna çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam