Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yeni Prezident seçilənə qədər Ermənistana bu şəxs rəhbərlik edəcək

Yeni Prezident seçilənə qədər Ermənistana kim rəhbərlik edəcək?

      Xəbər verdiyimiz kimi Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.
Yenixeber.org: Ermənistan konstitusiyasına əsasən, yeni dövlət başçısı vəzifəsinin icrasına başlayana qədər onun səlahiyyətlərini parlamentin sədri yerinə yetirir. Prezident Milli Məclis tərəfindən seçilir. Prezidentliyə namizəd irəli sürmək üçün deputatların ümumi sayının ən azı dörddə birinin səsi tələb olunur.
Ölkənin əsas qanununun 126-cı maddəsinə uyğun olaraq növbədənkənar seçkilər prezident vəzifəsi üzrə vakant yer açıldıqdan sonra 25 gündən tez, 35 gündən gec olmayaraq keçirilir.
Deputatların ümumi sayının azı dörddə üçünün səsini toplayan namizəd prezident seçilir. Əgər prezident seçilməsə, o zaman birinci turda iştirak etmiş bütün namizədlərin iştirak edə biləcəyi seçkilərin ikinci turu keçirilir. İkinci turda deputatların ümumi sayının azı beşdə üçünün səsini toplayan namizəd prezident seçilir.
Prezidenti seçilmədikdə, ikinci turda ən çox səs toplamış iki namizədin iştirak edə biləcəyi seçkilərin üçüncü turu keçirilir.
Üçüncü turda deputatların ümumi sayının səs çoxluğunu toplayan namizəd respublikanın prezidenti seçilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam