Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkədə prezident seçkiləri keçirilir

 

Slovakiyada prezident seçkiləri keçirilir
Slovakiyada prezident seçkilərinin ilk turu keçirilir. Bu gün səhər saat 07:00-dan etibarən ölkə üzrə bütün seçki məntəqələri əhalinin səsverməsi üçün açılıb.
 Yenixeber.org: "The Slovak Spectator” xəbər verir ki, səsvermə prosesi axşam saat 22:00-dək davam edəcək. 

Slovakiyanın 5-ci prezidenti seçilmək uğrunda 13 namizəd mübarizə aparır. Onlardan yalnız 3-ü favoritlər sırasındadır – Avropa Komissiyasının sədr müavini Maroş Şefçoviç, Slovakiya Ali Məhkəməsinin sabiq rəhbəri Ştefan Qarabin və vəkil Zuzan Çaputov. 

Lakin Slovakiyanın hazırkı prezidenti Andrey Kiska ikinci dəfə seçilmək üçün namizədliyini irəli sürməyib. 

Qeyd edək ki, Slovakiyada prezident 5 il müddətinə seçilir. Onun səlahiyyət dairəsi bir qədər məhdud olsa da, tam simvolik də deyil. Slovakiyada prezident baş nazir postuna və eləcə də, Konstitusiya Məhkəməsinin hakimləri postuna namizədlər irəli sürmək, əksər səs çoxluğu ilə qəbul edilən qanunlardan başqa digər bütün qanunlara veto qoymaq və digər səlahiyyətlərə malikdir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam