Qonşu ölkədə omicron ştamından 3 nəfər ölüb
“İranda 1162 nəfərdə koronavirusun omicron ştamı aşkarlanıb. Ən çox yoluxma sayı Məşhəd şəhərindədir”.
Yenixeber.org: Bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd Haşimi deyib.
Onun sözlərinə görə, Təbriz, Yəzd və Şəhrikürd şəhərlərinin hər birində omicron ştampından 1 nəfər vəfat edib.
Əhval şəhərində bir nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, İranda son 24 saat ərzində 1322 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 621 8741 nəfərə çatıb. Ölənlərin sayı isə 132 044 nəfərə yüksəlib.