Bütün məhkumlar peyvənd olunub-Azərbaycanda
Azərbaycanda bütün məhkumlar peyvənd olunub.
Yenixeber.org: Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
Onun sözlərinə görə, ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilib: "Buster dozanın vurulması isə başa çatmaq üzrədir".