Əhaliyə növbəti xəbərdarlıq edilib -Hava ilə bağlı
Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir.
Yenixeber.org: Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı tibbi-meteoroloji xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, belə hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.