Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

"SOCAR Türkiyə"nin ilk rəqəmsal layihəsini -Aİ maliyyələşdirəcək

SOCAR Türkiyənin ilk rəqəmsal layihəsini Aİ maliyyələşdirəcək

“SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” şirkətinin hazırladığı ilk rəqəmsal layihə - “Circular TwAIn” Avropa Komissiyasının "Horizon Europe" proqramı (HEUROPE) çərçivəsində maliyyələşdiriləcək.

Yenixeber.org: Bu barədə şirkətin yaydığı məlumatda xəbər verilir.

Məlumata görə, işçi konsorsiumuna 10 beynəlxalq partnyorun daxil olduğu layihə, süni intellektlə iri istehsal müəssisələrində enerji səmərəliliyini təmin edəcək rəqəmsal vasitənin hazırlanması məqsədi daşıyır.

“Circular TwAIn” layihəsi ilə şirkət, istehsal olunacaq rəqəmsal tətbiqin geniş miqyaslı nümayişini təmin etmək və "Petkim"in EO/EG obyektində təsdiqləmə testlərini dəstəkləmə proseslərini idarə edəcək.

Avropa Komissiyasının "Horizon Europe" proqramı tərəfindən qrant büdcəsi ilə dəstəklənməyə haqq qazanan “Circular TwaAIn” layihəsi, istehsal etdiyi məhsullarla enerji istehlakını və karbon izinin azaldılmasına əhəmiyyətli töhfələr verəcək.

“SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.”nin baş direktoru Bilal Quliyev deyib ki, əməliyyat infrastrukturlarımıza inteqrasiya etdiyimiz yeni məhsul və proseslərlə səmərəli və davamlı istehsal hər zaman prioritetimiz olub: “Bu kontekstdə hazırladığımız ilk rəqəmsal layihə olan “Circular TwAIn” ilə rəqəmsal texnologiyaları davamlı istehsal üçün çox daha təsirli nəticələr əldə etmək məqsədi ilə istifadə edəcəyik.

Orta və uzunmüddətli rəqəmsallaşma, davamlılıq və enerjinin optimallaşdırılması strategiyalarımızı inkişaf etdirməyə xidmət edəcək "Circular TwAIn" layihəsi İspaniya, Almaniya, İtaliya, Lüksemburq, Kipr və Norveçdən olan 10 beynəlxalq tərəfdaşın əməkdaşlığında irəliləyəcək.

Şirkət olaraq inkişaf etdirdiyimiz "CO2 Focus", "CARMOF" və "NEFERTITI" layihələrimiz əvvəllər Aİ-nin "Horizon 2020-Karbon Tutma, Saxlama və İstifadə" proqramı çərçivəsində maliyyələşib.

Tərəfdaş olduğumuz "Circular TwAIn" layihəsi Aİ fondları tərəfindən dəstəklənməyə layiq görülən dördüncü layihəmizdir. İnnovativ layihələrimiz və beynəlxalq əməkdaşlıqlarımızla davamlı gələcək üçün əlavə dəyər yaratmağa yönəlmiş işimizi davam etdirəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam