Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb.

Yenixeber.org: Təhsil Nazirliyindən verilən məlumata görə, indiyədək 4083 müraciət qəbul olunub.

Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib. Müraciətlərin nəticəsi olaraq, 23 dekabr 2021-ci il tarixində 16 tələbə ilə kredit müqaviləsi bağlanıb və təhsil haqqı təhsil müəssisəsinə köçürülüb.

"25 noyabr 2021-ci il tarixindən cari tarixədək vətəndaşlar tərəfindən yaranmış suallara aydınlıq gətirilməsi üçün Çağrı Mərkəzinə 3137, "WhatsApp messenger" üzərindən 2160, e-ttkf.edu.az dəstək bölməsinə 1767, 

portal.edu.az

 vasitəsilə Təhsil Nazirliyinə və nazirliyə məktub vasitəsilə (DMS) 115 olmaqla, ümumilikdə 7179 sorğu daxil olub", - nazirlikdən bildirilib.

Müraciətlərin qəbulu davam edir.

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam