Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gorus-Qafan yolu üzərində sərhəd postunun yeni inzibati binasının açılışı olub

Gorus-Qafan yolu üzərində sərhəd postunun yeni inzibati binasının açılışı olub

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Qubadlı rayonu ərazisində yerləşən "Eyvazlı" sərhəd nəzarət postunun yeni inzibati binasının açılışı olub.

Yenixeber.org: Məntəqə müasir avadanlıqlarla təchiz edilib.

DSX-nin Mətbuat Xidmətinin əməkdaşı Rəşad Məşədiyev qeyd edib ki, "Eyvazlı" sərhəd nəzarət postunun yeni inzibati binasında sərhədçi və gömrükçülərin işləməsi üçün şərait yaradılıb: "Biz hazırda Qubadlı rayonu Eyvazlı kəndində yerləşən, Gorus-Qafan yolu üzərində yerləşən dövlət sərhədindən buraxılış məntəqəsindəyik. Buraxılış məntəqəsində DSX-nin və dövlət gömrük komitəsinin əməkdaşlarının xidməti şəraitinin yüksəldilməsi üçün yeni təmirdən çıxmış inzibati binanın istifadə edilməsi prosesində iştirak edirik. Burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin qeydiyyata alınması, mərkəzləşdirilmiş elektron sistemə daxil edilməsi və digər sərhəd nəzarəti həyata keçirilir. Gördüyümüz bu ərazinin mühafizəsi sərhəd döyüş məntəqələri tərəfindən perimeter boyunca təşkil olunur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam