Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hərbçimizin hücuma məruz qalması barədə -Ermənistan hərəkətə keçdi

"Azərbaycan Respublikası Dövlət Sərhəd Mühafizəsi Xidmətinin hərbçisinin hücuma məruz qalması barədə Ermənistana məlumat verilib". 
Yenixeber.org: Bu barədə “news.am”a Ermənistanın Təhlükəsizlik Xidməti tərəfindən məlumat verilib. Bildirilib ki, Azərbaycan tərəfinin verdiyi məlumatlarla bağlı əməliyyat-istintaq və axtarış tədbirləri həyata keçirilir. Gorus-Qafan yolunun açılması istiqamətində isə danışıqlar davam edir.

Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi açıqlama yayaraq bildirmişdi ki, avqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam