Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Bu il Azərbaycandan hansı ölkələrə daha çox pul gedib? -Başda Britaniyaya gəlir...

2021-ci ilin 9 ayı ərzində Azərbaycan vətəndaşları və iş adamları xarici ölkələrə toplam 501 milyon dollar birbaşa investisiya yatırılıb.

Yenixeber.org: Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, həmin vəsaitin 107 milyon dolları Böyük Britaniyaya gedib.

 

Xatırladaq ki, 2020-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların məbləği 877 milyon dollar, yəni indiki göstəricidən 376 milyon dollar daha çox olub. Ötən illə müqayisədə bu il Azərbaycandan Türkiyəyə 25 milyon dollar, Monteneqroya 78 milyon dollar, Rusiyaya 79 milyon dollar, Amerika Birləşmiş Ştatlarına isə 111 milyon dollardan daha az investisiya yatırılıb. Əvəzində Böyük Britaniyaya yatırılan vəsait 14 milyon dollar, Gürcüstana yatırılan investisiyalarsa 30 milyon dollara yaxın artıb.

Beləliklə, 2021-ci ilin ilk üç rübü ərzində Azərbaycan vətəndaşlarının və iş adamlarının  ən çox investisiya yatırdığı 10 ölkə bunlardır:

-Birləşmiş Krallıq 107 milyon dollar, Türkiyə 82 milyon, Gürcüstan 57.6 milyon, Amerika Birləşmiş Ştatları 57.2, Malta 46 milyon, Monteneqro 21 milyon, Rusiya Federasiyası 12 milyon, Almaniya 10 milyon, İsveçrə, 9 milyon, Niderland isə 8 milyon dollar. "AzPolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam