Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

ADB -Azərbaycanın dayanıqlı iqtisadi bərpasına görə proqnozunu yaxşılaşdırıb

ADB Azərbaycanın dayanıqlı iqtisadi bərpasına görə proqnozunu yaxşılaşdırıb

Mərkəzi Asiya regionunda bu il ümumi daxili məhsulun (ÜDM) artım proqnozu əsaslı surətdə artırılaraq 4,1 %-dən 4,7 %-ə yüksəldilir ki, bu da, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın ilin ilk 3 rübündə ümumən dayanıqlı iqtisadi bərpası hesabına yaxşılaşan proqnozu əks etdirir.

Yenixeber.org: Bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilir.

Sənədə əsasən, gələn il, subregionda artım proqnozu Azərbaycan, Ermənistan, Qazaxıstan və Tacikistan üçün daha yaxşı perspektivlər hesabına 4,2 %-dən 4,4 %-ə qaldırılıb.

Subregionun ən böyük iqtisadiyyatı olan Qazaxıstanın ÜDM-si, bu ilin yanvar-sentyabr aylarında 3,4 % artıb.

Dövlət dəstəyi ilə emal sənayesində 5,7 % artım qeydə alınıb, neft hasilatı 3,4 %, qaz hasilatı 5,6 %, mədənçıxarma sənayesi 0,8 % azalıb. Pandemiya məhdudiyyətlərinin tədricən aradan qaldırılması ilə xidmətlər sektoru 2,9 % genişlənib.

2021-ci il yanvarın 1-də qanunvericiliyə edilən dəyişikliklər vətəndaşlara bəzi pensiya fondlarından mənzil tikintisini maliyyələşdirmək üçün istifadə etməyə icazə verdiyi və iri dövlət infrastrukturunun inkişafı proqramları sektora fayda verməyə davam etdiyi üçün tikinti sektorunda 9,7 % güclü artım qeydə alınıb. Şiddətli quraqlıq nəticəsində heyvandarlıq və məhsul itkisinə baxmayaraq, kənd təsərrüfatı 1,4 % artıb.

4 noyabr 2021-ci ildə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC+) rəhbərlik etdiyi neft ixracatçıları bu ilin dekabr ayından planlaşdırılan neft hasilatını gündəlik 400 min barel artırmağa razılaşıb. Çox güman ki, neft hasilatı əmtəələrə qlobal tələbin bərpası və neft qiymətlərinin artması ilə daha da artacaq.

Bu hadisələr Qazaxıstanın iqtisadi artımı üzrə proqnozunu bu il 3,4 %-dən 3,7 %-ə, 2022-ci ildə isə 3,7 %-dən 3,9 %-ə yenidən nəzərdən keçirilməsinə səbəb olub.

ADB bildirir ki, bu ilin 9 ayında Azerbaycan iqtisadiyyatında xüsusilə istehsalatda güclü genişlənmə ilə 4,8 % artım qeydə alınıb.

ADB-nin “Asiyanın İnkişaf Perspektivləri (ADO) 2021” sentyabr hesabatına görə, bu ilin sonuna Azərbaycanın ÜDM-in artım tempi 2,2 %, gələn ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırılırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam