Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

EIA gələn il üçün -Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı

EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 760 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Yenixeber.org: Bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – July 2021” hesabatına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 20 min barel və ya 2,56 % azdır.

2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 760 min barel olacağı gözlənilir. Bu, daha öncə iyun ayında verilən proqnozdan 10 min barel və ya 1,3 % azdır. Bu proqnoz isə 2021-ci ilin birinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 20 min barel və ya 2,7 % çoxdur.

2022-ci ilin ikinci rübündə isə Azərbaycanda gündəlik neft hasilatı 770 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in iyun hesabatında verilən proqnozla müqayisədə 20 min barel və ya 2,53 % azdır. Bu proqnoz isə 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 80 min barel və ya 11,6 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 750 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə 10 min barel və ya 1,3 % azdır. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 7,14 % çoxdur.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 780 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən iyun ayında açıqlanan proqnozla müqayisədə 10 min barel və ya 1,26 % azdır. Bu proqnoz isə 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 40 min barel və ya 5,4 % çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam